10 C
Baku
22 Dekabr 2025, 16:52
DünyaHadisə

Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli yolları müzakirə edildi

Ukrayna-Rusiya məsələsi Səudiyyə Ərəbistanında müzakirə edilir

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli yollarının müzakirə olunduğu görüş keçirilib.

Əl-İhbariyye kanalında yayımlanan xəbərdə Rusiya-Ukrayna böhranının həll yollarını müzakirə edən toplantının Ciddədə başladığı bildirilib.

Toplantıya bəzi ölkələrin milli təhlükəsizlik müşavirləri və nümayəndələrinin qatılıb. Xəbərdə iştirakçı ölkələrin adları və görüşün müddəti ilə bağlı detallara yer verilməyib.

Ərəb mediası isə 40-a yaxın ölkənin iştirakı ilə iki gün davam etdiyi bildirilən toplantıya Ukraynadan bir nümayəndə heyətinin qatıldığına baxmayaraq, Rusiyadan heç kimin iştirak etmədiyini bildirib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Anma tədbiri faciəyə çevrildi!

Aynur Camal

ABŞ və Husilər arasında gərginlik artır: Sədaya hava hücumları

Aynur Camal

Tayvanda rəsmilərin görüşü olacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu