25 C
Baku
10 Sentyabr 2026, 17:27
Məhəmməd Əl-Ətiq, Səudiyyəli fotoqraf, Əl-Ula, fotoqrafiya, gecə fotoqrafiyası, Hegra, Əl-Qaramil, Arab News
DünyaMədəniyyət

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanından olan fotoqraf Məhəmməd Əl-Ətiq fotoqrafiyada akademik təhsildən daha çox təcrübənin və müşahidənin əhəmiyyətli olduğunu bildirib.

Əl-Ula qubernatorluğundan olan fotoqraf “Arab News”a açıqlamasında heç vaxt fotoqrafiya üzrə ali təhsil almadığını deyib. Onun sözlərinə görə, diplom və sertifikatlar insana hazır bədii baxış qazandırmır.

“Akademik sertifikatlar sizə bədii baxış vermir. İşığı anlamaq və vizual zövqü inkişaf etdirmək üçün praktika, sahə ilə birbaşa təmas və müxtəlif işıq şəraitlərini sınamaq lazımdır”, – deyə Əl-Ətiq bildirib.

Məhəmməd Əl-Ətiq, Səudiyyəli fotoqraf, Əl-Ula, fotoqrafiya, gecə fotoqrafiyası, Hegra, Əl-Qaramil, Arab News

Fotoqraf qeyd edib ki, eyni məkanı həm gündüz, həm də gecə çəkmək onun əsas yanaşmalarından biridir. Onun sözlərinə görə, günün hər saatı eyni mənzərənin fərqli tərəfini ortaya çıxarır. Gündüz təbii rəngləri və detalları görmək mümkün olduğu halda, gecə çəkilişləri məkana tamamilə başqa ovqat verir.

Əl-Ətiq xüsusilə gecə fotoqrafiyasını sevdiyini vurğulayıb. O, Əl-Qaramildə Süd Yolunu qayalıq formasiyaları ilə eyni kadrda göstərmək üçün saatlarla gözlədiyini bildirib. Fotoqrafın sözlərinə görə, belə çəkilişlərdə ən çətin məsələlərdən biri süni işıqla səmanın təbii işığını düzgün tarazlaşdırmaqdır.

Məhəmməd Əl-Ətiq, Səudiyyəli fotoqraf, Əl-Ula, fotoqrafiya, gecə fotoqrafiyası, Hegra, Əl-Qaramil, Arab News

Onun ən çətin çəkilişlərindən biri isə Mədinə bölgəsindəki Əl-Həmnə vadisində baş verib. Əl-Ətiq həmin çəkiliş zamanı yıxıldığını, kamerasının sıradan çıxdığını və həyatını az qala itirdiyini söyləyib.

Fotoqrafın arxivində Əl-Ula vahəsi, Fil Qayası, Hegra ərazisindəki Qasr Əl-Bint, Haildəki Cəbəl Məhcə və Bosniya və Herseqovinadakı Štrbački Buk kimi məkanların görüntüləri yer alır.

Əl-Ətiqin fikrincə, yaxşı fotoşəkil yalnız texniki bacarıqla yaranmır. Əsas məsələ məkanı görmək, doğru anı gözləmək və həmin anın yaratdığı hissi görüntüyə köçürməkdir.

Mənbə:  Arabnews.com

Aynur Camal

Oxşar xəbərlər

NATO: Avropa öz müdafiəsinə daha çox vəsait ayırmalıdır

Aynur Camal

Rusiya yeni sürətli dronlarla Ukraynanın hava hücumundan müdafiəsini çətin vəziyyətə salır

Aynur Camal

Böyük Britaniyada yüzlərlə uçuş pozuldu: hava nəqliyyatında kiberhücum ehtimalı aradan qaldırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu