29 C
Baku
28 İyun 2025, 19:58
Baş xəbərSosial

Səyyar ASAN xidmət Talış kəndində – FOTO

Bugun.tv-yə daxil olan məlumata görə, bu gün Səyyar ASAN xidmət Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində vətəndaşlara xidmət göstərib.

Bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

2013-cü ilin iyun ayından etibarən 2 milyon 790 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Xatırladaq ki, Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində 20 ailə (90 nəfər) bu il Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.

Aynur Camal

Oxşar xəbərlər

12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür

Nigar Məmmədova

Maqneziumla zəngin 11 qoz-fındıq və toxum

Aynur Camal

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu