8 C
Baku
23 Dekabr 2024, 7:25
DünyaHadisə

Təbii fəlakət nəticəsində 33 nəfər öldü

Ekvadorun Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayının artdığı bildirilib.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Milli Risk İdarəetmə Katibliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 33 nəfər ölüb.  Xəsarət alanların sayı 43-ə, itkin düşənlərin sayı isə 55-ə çatıb.

Bildirilir ki, indiyədək 32 nəfər xilas edilib. Təbii fəlakət nəticəsində evsiz qalanların sayı isə 1034-ə çatıb. Səlahiyyətlilər sürüşmə zamanı 163 evin zərər gördüyünü, 57 evin isə tamamilə dağıldığını deyib.Məlumatda bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da sürüşməyə səbəb olduğu iddia edilib.

Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolları açmaq üçün davamlı olaraq çalışdıqlarını qeyd edib.

Qeyd edək ki, Ekvadorda sürüşmə halı martın 27-dən baş vermişdi. Bu səbəbdən martın 30-da Çimborazo əyalətində fövqəladə vəziyyət elan edilib.

Mənbə: NTV haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Avtomobil idarəetmədən çıxaraq aşdı: 2 nəfər öldü

Bugün TV

Ayda yeni kəşf: Yaranma dövründə maqma okeanı ilə örtülmüşdür

Aynur Camal

Fransada hökumət çökdü! O, etimad səsverməsi almadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu