33 C
Baku
21 İyul 2025, 17:10
DünyaKriminal

Təcridxanada 40 immiqrantı öldürməkdə ittiham olunan şəxs kimdir?

Bugun.tv xəbər verir ki, söhbət Meksika İmmiqrasiya Xidmətinin rəhbəri Fransisko Qardunondan gedir. O, təcridxanada 40 immiqrantı öldürməkdə ittiham olunur.

Belə ki, martın 27-də Ciudad Juarez həbsxanasında yanğın baş verib. Lakin buna baxmayaraq, 68 immiqrantın qaldığı kameranın qapıları açılmayıb. Həmçinin, dustaqların yanğından xilas olunmaq üçün çağırışlarına məhəl qoyulmayıb. Hadisə təhlükəsizlik kameralarının yaddaşına qeyd olunub.

Faktla bağlı İmmiqrasiya Xidmətinin rəhbəri Fransisko Qardunona cinayət işi açılıb. Lakin məhkəmə prokurorların onun işdən azad edilməsi və səyahət qadağası qoyulması tələbini rədd edib.

Hətta, prezident Andres Manuel Lopez Obrador Qardunonu dəstəklədiyini açıqlayıb.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Hərbi gücə ehtiyacı olmayan 10 ölkə

Aynur Camal

Daşqınlar səbəbilə şəhərdə fövqəladə vəziyyət elan edildi

Nigar Məmmədova

Direktora sıxılan silah açılmadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu