16 C
Baku
28 Oktyabr 2025, 0:21
Digər

Tədqiqat: Vikinqlər təkcə istila ilə deyil, həm də ticarətlə məşğul oldular

Bugun.tv “Live Science” nəşrinə istinadla xəbər verir ki, Oksford Universitetində Vikinq dövrü arxeologiyası üzrə mütəxəssis və tədqiqatın aparıcı müəllifi Ceyn Kerşav bildirib: “Əksəriyyətimiz vikinqləri istilaçı kimi qiymətləndiririk, amma bu detal mənzərənin yalnız bir hissəsidir”. O əlavə edib ki, ingilis tarlasında tapılan İslam külçəsi vikinqlərin ticarətinin genişliyini göstərir: “Vikinqlər təkcə yerli əhalinin mallarını əlindən almırdı, həm də basqın edib məskunlaşandan sonra özləri ilə sərvət gətirirdilər”. Metal detektorları mütəxəssisləri Stüart Kempbell və Stiv Kasvell 2012-ci ilin may ayında Şimali Yorkşirdəki Bedale yaxınlığında dəfinə aşkar ediblər. Yorkşir Muzeyinə təhvil verilən 1100 illik sərvət təxminən 70 min dollar dəyərində qiymətləndirilir. Bu dəfinə boyunbağılar, qolbaqlar, qızıl qılınc dəsti, gümüş zinət əşyaları və 29 gümüş külçədən ibarətdir. Böyük bir bükülmüş boyunbağının İngiltərənin şimalında şərq və qərb gümüşünün qarışığından töküldüyü görünür.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Böyük Britaniyanın üçüncü ən iri polad zavodu iflas edib

İntizar Əmirova

“Porsche” şirkəti Almaniyanın əsas birja indeksini tərk edir

İntizar Əmirova

Güclü yağış təsirli oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu