8 C
Baku
12 Dekabr 2024, 8:53
Digər

Təbiətdən milyonlarla pul necə mənimsənilir?-ARAŞDIRMA

Fikir vermisinizsə, bir çox dərman və kosmetika vasitələri bitkilərdən istifadə olunaraq hazırlanır. Hətta əgər təbiidirsə, ona daha çox tələbat olur. Bu da həmin məhsulun qiymətinin yüksək olması deməkdir. Bəs, dərman və kosmetika hazırlayan şirkətlər (söhbət böyük və məşhur şirkətlərdən gedir) bu bitkiləri necə və hardan əldə edirlər? Onlar bunun əvəzində ödəniş edirlərmi?

Bugun.tv-nin araşdırmasına görə, dərman və kosmetika şirkətləri təbiətdən alınan maddələrdən istifadə edirlər. Lakin bu biokəşfiyyat atıq biopirata çevrilib. Çünki zaman keçdikcə daha çox şirkət təbii inqrediyentləri patentləşdirir və milyardlar qazanır. Bu, ətraf mühitə və biomüxtəlifliklə zəngin bölgələrdə yaşayanlara baha başa gələ bilər.
Son onilliklər ərzində şirkətlər təbii bitkiləri və maddələri özlərininki kimi istifadə edərək, milyardlarla dollar qazanc əldə etdilər. Hoodia gordonii Cənubi Afrikada yetişən bir bitkidir. Görünüşcə kaktusa oxşayır. Həmin bölgənin əhalisi ov zamanı onları saxlamaq üçün bu bitkidən istifadə edirdi. Lakin Hoodianın xüsusiyyətləri biznes tədqiqatları üçün cəlbedici idi. Bunun nəticəsində Almaniya və Böyük Britaniyadakı dərman şirkətləri onu patenləşdirdilər. Bəs, bundan San xalqı nəsə əldə etdimi? Əlbəttə ki, yox.
Tədqiqatçı Daniel Robinsonun sözlərinə görə, patentlərlə bağlı qəzetlərdə dərc olunan araşdırmalara çox böyük maraq var olub. “Amma bu xəbərlər fürsətçilər tərəfindən məhv edildi. Onlar sakinləri təbiəti özəlləşdirdiklərindən xəbərsiz qoymaq istəyirlər. Bu təkcə quruda deyil, okeanlarda və dənizlərdə də baş verir. Dəniz bitkilərindən müxtəlif dərman və kosmetik vasitələr hazırlanır. Bu zaman şirkətlər demək olar ki, özbaşına hərəkət edirlər. Çünki bəzi ölkələrdə bununla bağlı heç bir tələb yoxdur”.
Ancaq qaydalara əməl edən elmi-tədqiqat müəssisələri də var”. Araşdırmaçı Robert Blasiak deyir ki, genetik resurslardan istifadə ilə bağlı heç bir tənzimləmə və hər hansı bir paylaşma öhdəliyi yoxdur. Bir çox şirkət həmin genetik ehtiyatların istifadəsindən faydalanır. Açıq dənizlər çoxlu imkanlar təqdim edir. Təkcə dəniz dibi hasilatından əldə olunan gəlir milyardlarla avro dəyərində ola bilər. Dəniz orqanizmləri həddindən artıq təzyiqdə, temperaturda, qaranlıqda yaşayırlar. Süngər kimi heyvanlar xərçəngi müalicə etmək potensialına malik kimyəvi maddələr istehsal edirlər”.
2025-ci ilə qədər dəniz biotexnologiyası üçün proqnozlaşdırılan qlobal bazar 6,4 milyard dollar təşkil edəcək. Aparılan araşdırmaya görə, 862 dəniz heyvanının 13000-i patentləşdirilib. Bunun 98%-i 10 ölkə, 47 %i isə almaniya şirkəti tərəfindən qeydə alınıb. Əslində bu milyonların mənimsənildiyinin sübutdur. Amma bununla bağlı bəzi dövlətlər hələ də susur.

Bugün TV

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Kəmalə Sultan

Qəzalı vəziyyətdə olan yaşayış binasının divarı uçdu

İntizar Əmirova

Lənkəranda“Azərbaycan hamımızın Vətənidir!”adlı konsert keçirilib.

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu