14 C
Baku
17 Fevral 2026, 10:55
Dünya

Təbii qaz kəsintisi: 12 min ev təsirləndi

Belçika qaz kəsintisi, Mons şəhərində təbii qaz problemi, Valoniya qaz təchizatı, Ores şirkəti, Mons bələdiyyəsi, Belçikada texniki nasazlıq, Mons təbii qaz sayğacları, Annabel Vanbever açıqlama, Nicolas Martin Mons meri, Belçikada enerji böhranı, Mons qaz bərpası, Belçika xəbərləri, Valoniya regionu, Mons şəhərində qaz çatışmazlığı, təbii qaz kəsintisi 12 min ev

Belçikanın fransızdilli Valoniya bölgəsində yerləşən Mons şəhərində 11 fevral tarixində baş verən texniki nasazlıq səbəbindən başlayan təbii qaz kəsintisi davam edir. Yerli mətbuatın yaydığı məlumata görə, kəsinti nəticəsində indiyədək 12 min ev təsirlənib.

Səlahiyyətli qurumlar bildirib ki, artıq 2 min evə təbii qaz təchizatı bərpa olunub. Valoniya bölgəsində elektrik və qaz paylanmasına cavabdeh olan “Ores” şirkətinin sözçüsü Annabel Vanbever qeyd edib ki, kəsintidən sonra təhlükəsizlik məqsədilə təsirlənən evlərdə qaz sayğacları müvəqqəti olaraq bağlanıb.

Şirkət rəsmisinin sözlərinə görə, şəbəkəyə qaz yenidən verildikdən sonra son mərhələ olaraq texniki əməkdaşlar evləri bir-bir gəzərək bağlanan sayğacları yenidən açırlar. Bu prosesin vaxt aparacağı bildirilib və qaz təminatının tam bərpası üçün dəqiq tarix açıqlanmayıb.

Mons Bələdiyyəsi tədbirlər görüb

Mons şəhərinin meri Nicolas Martin təbii qaz kəsintisi səbəbindən bələdiyyəyə məxsus bəzi mərkəzlərin sakinlərin istifadəsinə verildiyini bildirib. Qeyd olunub ki, bu mərkəzlərdə vətəndaşlar duş alma kimi əsas ehtiyaclarını ödəyə bilərlər.

Mer həmçinin sakinlərin ehtiyac yarandığı halda istilik cihazı üçün müraciət edə biləcəyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Pakistanda təhlükəsizlik qüvvələrinə bombalı hücum: 10 ölü

Aynur Camal

ABŞ Macarıstan və Slovakiya ilə nüvə əməkdaşlığına dair sazişlər imzalayıb

Aynur Camal

“ABŞ-İran danışıqlarının müsbət nəticə verməyəcəyi gözlənilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu