Bugun.tv xəbər verir ki, Avstraliyanın Viktoriya Doherti İnstitutunun tədqiqatçıları Buruli xorasına səbəb olan ət yeyən bakteriyaların mənbəyini və yayılmasını araşdırıblar. ABC News xəbər verir.
“Nature Microbiology” jurnalında dərc olunan araşdırma çərçivəsində 2016-2021-ci illər arasında Melburnda 65 min ağcaqanad araşdırılıb.
Alimlər müəyyən ediblər. Ağcaqanadların opossumlardan daşıdığı bakteriyaların genetik quruluşu bölgədəki Buluri xorasından əziyyət çəkən insanlardakı bakteriyalarla eynidir.
Tədqiqat qrupundan olan professor Tim Stinear mövzu ilə bağlı açıqlama verib. “Bu, bizi həyəcanlandırır, çünki bu xəstəliyin necə yayıldığına dair 80 illik sirri bitirir” deyib.
Stinear, ağcaqanadların Buluri xorasının yayılmasından çoxdan şübhələndiklərini bildirib. Lakin bu növ bakteriyaların həşərat dişləmələri ilə yayılmasının qeyri-adi olduğunu söylədi.
Professor Stinear qeyd edib. 10 il əvvəl Avstraliyada ildə 20-30 hadisə qeydə alınırdısa, keçən il Viktoriya ştatında 363 hadisə təsdiqlənib.
Tədqiqatçılar, araşdırmanın insanlara həşərat kovucu vasitələrdən istifadə etmək və evlərin ətrafındakı suyu təmizləmək kimi xoralara səbəb olan ət yeyən bakteriyalara qarşı tədbir görməyə imkan verəcəyini diqqətə çatdırıblar.
Mənbə: trthaber
Müxbir: Qaytən Qasımzadə