İtaliyanın Fasano şəhərində yaşayan 25 yaşlı Klelia Ditano liftin şaxtasından üç mərtəbədən yıxılaraq ölüb.
İtaliyanın Fasano şəhərində yaşayan 25 yaşlı Klelia Ditano adlı gənc qadın atası tərəfindən yıxıldığı yerdən 15 metr aşağıda liftin kabinəsində ölü tapılıb.
Liftin damına yıxılaraq dünyasını dəyişən Klelia Ditanonun lift gələnə qədər qapıları bağlı saxlaması lazım olan avtomatik təhlükəsizlik qıfıllarının nasaz olduğu üçün öldüyü təxmin edilir.
Qızının telefonunun liftin şaxtasında zəng çaldığını eşidən atası, “Biz kilid sisteminin nasaz olduğunu düşünürük. Çünki qapı ancaq kabin o mərtəbədə olanda açılmalıdır. Düşünürük ki, qapı açılanda o addım atıb”.
Mənbə: TGRT