19 C
Baku
8 Sentyabr 2024, 3:59
Baş xəbər

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Bugun.tv xəbər verir ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

“Əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır” – bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.

Konfransdan öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfransda iştirak edən Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlər, təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində görülən işlərdən söz açıb, yeni tədris ilinin əsas hədəflərinə toxunub.

Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Mehriban Vəliyeva növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.

Tədbir çıxışlarla davam etdirilib. Konfrans çərçivəsində nümunəvi fəaliyyətləri ilə seçilən təhsil müəssisələri və bir qrup təhsil işçisi təltif olunub.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.

Bugün TV

Oxşar xəbərlər

Şuşa Dövlət Musiqili Dram Teatrında Yeni il şənliklərinə start verildi…

Şükufə Ramizqızı

THY reysləri ləğv etdi

İntizar Əmirova

20 Yanvar – qanlı, amma şərəfli bir tarix

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu