17 C
Baku
10 İyun 2025, 7:34
Baş xəbər

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir

Bugun.tvyə daxil olan məlumata görə, Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan edilir.

Qrant müsabiqəsinin məqsədi dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını təhsildə könüllü fəaliyyətin təşkilinə cəlb etməkdir.

Müsabiqənin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu musabige@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cü ildir.

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Mənbə:  Elm və Təhsil Nazirliyi

Sevinc Sadıqova

Oxşar xəbərlər

Rekord sayda toyuq məhv edilib

Aynur Camal

ABŞ Yəmənə yenidən zərbə endiridi: 12 ölü, 30 yaralı

Aynur Camal

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu