Bugun.tv xəbər verir ki, Kütahyada yol kənarında gözləyən zaman yük maşınının təkərinin qopması nəticəsində yaralanan gənc qadın xəstəxanaya aparılıb. Kütahya-Afyonkarahisar dairəvi yolunda sürücüsü və dövlət nömrə nişanı hələ müəyyən edilməmiş yük maşınının sükanı qoparaq yol kənarında qohumlarını yola salmaq üçün gözləyən 24 yaşlı Hilal Gülhanı vurub.
TRT Haber-in məlumatına görə, Qəza 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Qəzada ağır yaralanan Gülhan 112 Təcili Sağlamlıq qrupları tərəfindən Kütahya Sağlamlıq Elmləri Universiteti Övliya Çələbi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Polis qrupları təkəri qırılan yük maşınının tapılması üçün araşdırma başlatdı. Gənc qadının qayınanası Azime Gülhan bildirib ki, gəlini onları yola salmaq üçün gözləyən zaman yük maşınının təkərinin sınması onu vurub və yük maşını sürücüsü hadisəni hiss etməyib.