Bugun.tv xəbər verir ki, Adanada təkrar emal fabrikində yanğın baş verib. Hadisə əlaqədar qurumlar tərəfindən nəzarətə alınıb.
Məlumata görə, yanğın Mərkəz Seyhan rayonu Onur Məhəlləsində Metal Sənaye Sahəsindəki təkrar emal fabrikində olub.
Yanğın böyüyərək fabriki bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürə biliblər. Araşdırmalara görə, obyektə maddi ziyan dəyib.
Mənbə: TRT Haber
