6 C
Baku
16 Fevral 2026, 7:27
Dünya

Tələbə qətli qanunu dəyişdi

Cənubi Koreyada bir müəllimin 8 yaşlı şagirdini bıçaqlayaraq öldürməsindən sonra “qanun dəyişikliyi”nin ediləcəyi, o cümlədən “psixi problemləri” olan müəllimlərə məcburi məzuniyyət veriləcəyi bildirilib. Yonhap-ın məlumatına görə, Cənubi Koreyanın təhsil naziri Li Ju-ho ötən gün müəllimin şagirdini öldürməsindən sonra məsələ ilə bağlı danışıb.

Bu cür halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər üzərində çalışıldığını ifadə edən Li, “Psixi problemlər səbəbiylə vəzifələrini yerinə yetirməkdə çətinlik çəkən müəllimlər üçün məcburi məzuniyyət kimi tədbirlərin görülməsi üçün qanunu dəyişdirəcəyik” deyib.

İqtidar və müxalifət partiyaları da bu cür halların qarşısını almaq üçün qanunun dəyişdirilməsini tələb edirlər.

 Hadisə

Cənubi Koreyanın Daejon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan tələbənin dünyasını dəyişdiyi bildirilib.

Polis bildirib ki, müəllim əvvəllər depressiyaya görə məzuniyyətə çıxıb və keçən ilin sonunda yenidən dərsə başlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Britaniyada Ali Məhkəmə qərarı — “Palestine Action” qrupunun qadağan edilməsi qanunsuz sayıldı

Aynur Camal

Münhen Təhlükəsizlik Konfransı başladı — qlobal gərilimlər müzakirə olunur

Aynur Camal

Bangladeşdə tarixi parlament seçkisi — BNP üstünlük qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu