16 C
Baku
12 Oktyabr 2025, 0:19
Baş xəbər

“Tələbələrimə mühazirə zamanı bu hadisəni hər zaman misal çəkirəm”

Amerikada Kolumbiya Universitetinin tələbəsi riyaziyyat mühazirəsi zamanı yoğrunluq səbəbi ilə yatır və müəllimin dediklərini eşitmir. Dərs bitir və tələbə yoldaşları onu oyadır və mühazirəni eşitmədiyi üçün lövhədə iki tapşırıq yazıldığını görür. Gələn həftə seminar olduğu üçün o löhvədə yazılan sualları “Həll edəcəm” deyərək yazır və gedir.

Evə gəlir və çalışmağa başlayanda görür ki, bu suallar inanılmaz dərəcədə çətindir. Əvvəlcə istəyir ki, dayansın. Lakin özünə verdiyi sözü xatırlayır və təslim olmaq istəmir, kitabxanaya getdi, materialları tapdı və bütün vaxtını və gücünü buna həsr etdi.

Növbəti mühazirə zamanı professorun ev tapşırığını yoxlamağa tələsmədiyini təəccüblə hiss etdi. Sonra tələbə əlini qaldırıb soruşdu:

“Professor, axırıncı dəfə bizə tapşırdığınız problemləri niyə yoxlamırsınız? Onlar tələb olunmurmu?”

Professor gülümsəyib və deyir:

“Əzizim, bu heç də tapşırıq deyildi. Mən sizə sadəcə olaraq dünyada hələ heç kimin həll edə bilmədiyi riyazi problemlərdən nümunələr göstərdim.”

Tələbə təəccübləndi və sakitcə dedi:

“Amma mən onları həll etdim …”

Və həqiqətən də onun həlləri qəbul olundu. İnsan ruhunun heyrətamiz gücünün sübutu kimi universitetdə bu problemlərə dair dörd elmi məqalə yazılır və kitabxanada hər kəs bunu oxuması üçün əsas rəfə qoyulur.

Onun haqqında yazılan məqalədə qeyd edilir:

“Tələbə mühazirə zamanı mürgüləyərək: “Bu problemlər həll olunmazdır” sözlərini eşitmədi. O, sadəcə olaraq, “mümkün olmayan”ın nə demək olduğunu bilmirdi və buna görə də bunu mümkün etdi.

Bu həqiqətdir:

Sənə bacarıqsızsan deyənlərə inanma. Başqalarının məhdudiyyətlərinin sizin olmasına imkan verməyin. İnsan özünə inanarsa hər şeyi edə bilər.

Əsas odur ki, irəliləməyə davam edin, təkrar-təkrar cəhd edin və heç vaxt təslim olmayın”.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Niyə bir pişik onu oxşadığınız zaman əlinizi dişləyir?

Aynur Camal

Paytaxtda oğurluq edən şəxs saxlanıldı 

Kəmalə Sultan

Vətəndaşlar fövqəladə hallara hazırlaşmağa çağırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu