1 C
Baku
10 Fevral 2026, 18:46
Baş xəbərİdman

Tələbələrimiz Avropa Universitetləri Futzal Çempionatının qalibi olub

Xorvatiyanın paytaxtı Zaqrebdə tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının final oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası finalda İspaniyanın Valensiya Universitetinin komandasını 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.

Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib.

Komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

Qış Olimpiya oyunlarının canlı yayımları davam edir

Aynur Camal

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

Qlobal istiləşmə 2026 Qış Olimpiya Oyunlarına təsir edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu