24 C
Baku
20 İyul 2025, 4:03
Baş xəbərSosial

Tələsin! Türkcə Yetərlik imtahanına müraciətə son 3 gün qaldı!

“Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər üçün Türkcə Yetərlik İmtahanına (TYS) müraciətlər sona çatmaq üzrədir. Sənəd qəbulu 31 mart tarixində dayandırılacaq. İmtahanlar isə aprelin 30-da, Bakıda keçiriləcək”.

Bugun.tv-yə bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlçuk Karakılıç məlumat verib.

TYS ALTE (The Association of Language Testers in Europe) təsdiqini (Q-mark) alan türk dilinin ilk və yeganə beynəlxalq səviyyəli imtahanıdır.

Türk dilinin beynəlxalq səviyyədə tanınan standart testi olan TYS üç sessiyada keçirilir. 1-ci və 2-ci sessiya (oxuma, dinləmə, yazma), 3-cü sessiya isə (danışma) hər bir namizəd üçün ayrıca tətbiq edilir.

İmtahan 210 dəqiqə – 1-ci sessiya 135, 2-ci 60, 3-cü sessiya 15 dəqiqə davam edir. Müvəffəqiyyət qazanan namizədlərə topladıqları ballara uyğun olaraq B2 və Cl səviyyəsində Türkcə Yetərlik Sertifikatı verilir. TYS sertifikatı olan namizədlər Türkiyənin istənilən universitetində təhsil almaq hüququ qazandıqda türkcə hazırlıq mərhələsindən azad edilirlər.

Türk Yetərlik Sertifikatı iş müraciətlərində insanlara böyük üstünlük verir.

TYS haqqında geniş məlumatı baku.yee.org.tr və tys.yee.org.tr ünvanlarında tapa bilərsiniz.

Əlaqə nömrəsi: 012 440 31 05 (baku@yee.org.tr)

 

Teymur Əziz

Oxşar xəbərlər

Zelenski “Ukraynanın müdafiəsinə görə” medalını təsis edib

Aynur Camal

Logistika şirkəti Azərbaycanla bağlı layihə hazırlayıb

Aynur Camal

iPadOS 18 yeniləməsi bəzi iPad-ləri sıradan çıxardı: Apple tədbir gördü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu