7 C
Baku
21 Dekabr 2025, 12:56
Dünya

Təl-Əvivdə müxalifətin kütləvi mitinqindən sonra dörd nəfəri saxlanıldı

Bugun.tv xəbər verir ki, İsrail polisi şənbə gecəsi Təl-Əvivdə müxalifətin kütləvi mitinqindən sonra dörd nəfəri saxlayıb.

Paytaxtda hökumət binası yaxınlığında keçirilən nümayişdən sonra bir qrup etirazçı Təl-Əviv metropoliteninin əsas magistrallarından biri olan  Ayalon şossesinə doğru irəliləyib. Mitinqçilər polis kordonunu yarıb və piket keçirdikləri yola çata biliblər. Bir müddət nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etməli olub. Magistral yol avtomobillərin tıxacından açılıb. Sonda dörd etirazçı saxlanılıb.

Polisin məlumatına görə, Təl-Əvivdə müxalifətin mitinqində 140 minə yaxın adam iştirak edib. Nümayiş zamanı heç bir insident qeydə alınmayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən İsraildə Benyamin Netanyahu hökumətinin əleyhdarlarının etirazları davam edir. Müxalifət fəalları islahatın dövlətin demokratik əsaslarını sarsıtdığını iddia edir. Nazirlər Kabineti isə müxalifətçilərin qarşıdurma ritorikasına baxmayaraq, seçicilərininə  vəd etdiyi dəyişiklikləri həyata keçirəcəyinə söz verir.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Londonda PKK əməliyyatı: 6 terrorçu həbs edilib

Aynur Camal

Rusiyadan yeni addım! O, Zelenskini axtarışa verib

Aynur Camal

Kiprdə keçiriləcək kritik görüşün vaxtı açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu