4 C
Baku
14 Dekabr 2025, 19:19
Baş xəbər

Təl-Əviv-Tehran münasibətlərində gərginlik artır!

Bugun.tv xəbər verir ki, Təl-Əviv-Tehran xəttində gərginlik davam edərkən, Amerika mətbuatı “İran 48 saat ərzində İsrailə hücum edə bilər” iddiası ilə çıxış edib. Məlumat yüksək rütbəli İran mənbələrinə əsaslanıb. İranın xarici işlər naziri Abdullahian deyib ki, qanuni müdafiə zərurətdir. İsraildə açıqlamasında, “Biz bütün ssenarilərə hazırıq”, – bəyan edib.

ABŞ prezidenti Co Bayden İsrailin müdafiəsinə can atdıqlarını deyib. O, İranı İsrailə hücum etməməsi barədə xəbərdarlıq edib. “Biz İsraili müdafiə etməyə hazırıq, İran buna nail olmayacaq”, – o, vurğulayıb.

Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar müşaviri Con Kirbi də İrandan gələn potensial təhlükənin inandırıcı olduğunu deyib.

Wall Street Journal qəzeti İranın tezliklə İsrailə hücum edəcəyini yazıb. Qəzet hücumun 48 saat ərzində həyata keçirilə biləcəyinə diqqət çəkib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şəfəq əməliyyatı oldu: 12 nəfər nəzarətə alındı

Bugün TV

Xeyli sayda çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Numan Kurtulmuş Bakıda səfərdədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu