Bugun.tv xəbər verir ki, tanınmış təlimçi Həsən Hüseynsoy ASAN Könüllüləri üçün “Rəqəmsal marketinqdə məzmun yaradıcılığı” mövzusunda gənclərə master klass keçib.
“Bu təlimdə gənclərlə uğurlu və diqqət çəkən məzmunlar hazırlamağın prinsipləri haqqında danışdıq, interaktiv oyunlar oynayıb, simulyasiyalar reallaşdırdıq. Gənclərin ərsəyə gətirdikləri brendlər ilə gördük ki, kontent doğrudan da kraldır. Doğru məzmun olmazsa hədəfləmələrimiz də öz effektini verməyəcək. İnsanlarda maraq oyada bilməyən məzmun yekunda heç bir əhəmiyyət kəsb etməyəcək və onun önə çıxması üçün xərclənən ödənişlər yalnız xərclənmiş olacaq”, – deyə o, bildirib.
Rəqəmsal marketinq üzrə təlimçi, sadalananlar əsasında, gənclərə uğurlu məzmunlar hazırlamağı, buna səy göstərməyi, yorulmadan çalışaraq bu istiqamətdə davam etməyi məsləhət görüb. Sonda “Yaşasın məzmun”, – deyən, H.Hüseynsoy bu yolda tədbir iştirakçılarına uğurlar arzulayıb.