24 C
Baku
10 Sentyabr 2025, 8:30
Baş xəbərHadisə

Təpədən aşağı sürüşən betonqarışdıran 7 avtomobilə ziyan vurdu

Bugun.tv xəbər verir ki, İstanbulda yamacdan aşağı sürüşən beton qarışdıran maşın dayanacaqda olan 7 avtomobilə ziyan vurub. Üsküdarda K.E.-nin idarə etdiyi betonqarışdıran maşın Küçüksu məhəlləsində yoxuş aşağı hərəkət edərkən naməlum səbəbdən sürüşməyə başlayıb.

TRT Haber-in məlumatına görə, Əvvəlcə yol kənarında dayanmış 3 avtomobili vuran, daha sonra Əsərli küçəsində bağçanın istinad divarını aşıb oradakı daha 4 avtomobilə ziyan vuran betonqarışdıran maşın daha sonra ağaca çırpılaraq dayanıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Polis qrupları qəzanın meydana gəldiyi prospekti trafikə bağladı.

Xəsarət alan olmayan qəzada 7 avtomobilə ziyan dəyib.

Aynur Camal

Oxşar xəbərlər

Atışma nəticəsində 9 nəfər yaralandı

Bugün TV

Avtomobil elektrikli motosikleti vurdu!

Bugün TV

SOS! Dünyada su ehtiyatı azalır! – ARAŞDIRMA

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu