12 C
Baku
24 Mart 2026, 14:17
Baş xəbərHadisə

Tərk edilmiş binada yanğın oldu: Bitişik tikililərə də keçdi

Bugun.tv xəbər verir ki, Antalyada tərk edilmiş binada yanğın baş verib. Daha sonra alov digər bitişik sahibsiz tikiliyə, daha sonra fərdi yaşayış evinə və 7 mərtəbəli yaşayış binasına keçib. Məhəllə sakinlərinin xəbər verməsindən sonra əraziyə yanğınsöndürənlər, polis və tibb briqadaları göndərilib. Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi nəticəsində söndürülüb. Bəzi məhəllə sakinləri də alovun evlərinə və iş yerlərinə keçməsinin qarşısını almaq üçün şlanqlarla su çiləyərək söndürməyə kömək ediblər.

TRT Haberin məlumatına görə, yanğın nəticəsində iki qəzalı tikili, həmçinin fərdi yaşayış evinin və yaşayış binasının çardağı və bəzi mənzilləri yanıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Deputat Ceyhun Məmmədovdan İslam əxlaqına dair paylaşım

Aynur Camal

Siyasi ekspert: ABŞ və İsrail İranda xüsusi əməliyyatlar həyata keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu