17 C
Baku
10 İyun 2025, 5:27
Baş xəbərDünya

Tətil edən səhiyyə işçiləri hökumətin maaş artımı təklifini qəbul etdi

İngiltərədəki tibb bacıları, təcili yardım işçiləri və fizioterapevtlər də daxil olmaqla tibb işçilərini təmsil edən həmkarlar ittifaqı hökumətin maaş artımı təklifini qəbul edib.

Bugun.tv xəbər verir ki, səhiyyə həmkarlar ittifaqları və hökumətin razılığı ilə bir milyondan çox səhiyyə işçisinin maaşı 5 faiz artırılacağı bildirilib.

Müqavilə İngiltərənin Milli Səhiyyə Sisteminin (NHS) həkim və diş həkimlərindən başqa işçilərini təmsil edən hökumətlə 14 sağlamlıq birliyi arasında keçirilən görüşdə imzalanıb.

Müqavilə çərçivəsində səhiyyə işçilərinə ən az 1655 lirə birdəfəlik ödəniş ediləcək.

“Barışıqdan sonra hökumət rəsmiləri tətillərə son qoymağın vaxtının gəldiyini bildirdi, üç həmkarlar ittifaqı isə işləri dayandırma aksiyalarını davam etdirəcəkləri barədə xəbərdarlıq etdi. Lakin məsələnin həlli üçün tibb bacılarını təmsil edən və təklifi rədd edən həmkarlar ittifaqlarından biri olan RCN (Kral tibb bacıları kolleci) və onun üzvləri arasında yeni səsvermə keçiriləcək” – səhiyyə naziri Barclay həmkarlar ittifaqlarının təklifi qəbul etməsindən məmnunluğunu bildirərkən deyib.

Xatırladaq ki, Britaniyada yüz minlərlə səhiyyə işçisi 2022-ci ilin dekabrından bu yana maaşlarının artan inflyasiya fonunda azaldığını əsas gətirərək dəfələrlə tətil etmək qərarına gəlib.

Aynur Camal

Oxşar xəbərlər

Qadına qarşı zorakılıq heç də əxlaq(sız)la bağlı deyil

Aynur Camal

V.V.Mustafayev vəzifəsindən azad edildi

Teymur Əziz

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdədir

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu