London yaxınlığındakı Sautend hava limanında kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayının azı 4 nəfər olduğu bildirilir.
Dünən Southend hava limanından havaya qalxan 12 metrlik təyyarənin qəzaya uğraması zamanı ölənlərin sayı və ya göyərtəsində olan insanların sayı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Lakin PA xəbər agentliyi qəza nəticəsində 4 nəfərin öldüyünü bildirib.
Beechcraft B200 dünən hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Hadisə şahidlərinin və sosial şəbəkələrdə yayılan fotolara görə, təyyarə alovlanıb və təyyarədən qatı tüstü qalxıb.
Mənbə: İlkha
