29 C
Baku
28 İyun 2025, 20:44
Dünya

Təyyarə qaçırma cəhdi! Kabin heyəti və sərnişinlərin maneə törətdiyi açıqlandı

Meksikada təyyarəni qaçırmaq cəhdinin qarşısı kabin heyəti və sərnişinlər tərəfindən alınıb. Daxili uçuş zamanı sərnişin təyyarəni zorla ABŞ-a yönləndirməyə çalışıb. Meksikada hava yolları şirkətlərindən biri olan “Volaris” təyyarəsini daxili reysdə olarkən sərnişin qaçırmağa cəhd edib. Həyat yoldaşı və 2 uşağı ilə səyahət edən 31 yaşlı kişi təyyarəni zorla ABŞ-a yönləndirməyə çalışıb.

Açıqlamaya görə, Meksikanın mərkəzindəki El Bajio bölgəsindən Aşağı Kaliforniya ştatının Tixuana şəhərinə uçan təyyarənin sərnişini kabin xidmətçisinə hücum edərək kabinəyə girməyə cəhd edib.

Sərnişinin təyyarəni zorla ABŞ-a yönləndirmək cəhdinin qarşısı kabin heyəti və sərnişinlər tərəfindən alınıb. Daha sonra təyyarə təyinat yerindən təxminən 2220 kilometr aralıda yerləşən Qvadalaxara Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Saxlanılan sərnişin ilk ifadəsində bu cəhdi yaxın qohumunun cinayətkarlar tərəfindən qaçırıldığı və hədələndiyi üçün etdiyini iddia edib.

Bildirilib ki, Volaris Airline şirkəti məhkəməyə müraciət edərsə, şübhəli 3 ildən 20 ilə qədər həbs cəzası ala bilər.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Bu otelin fotosunu görən insanlar ora getməkdən imtina edirlər

Aynur Camal

Pedofillərə qarşı sərt cəza

Bugün TV

“Xiaomi” elektriklə işləyən ilk avtomobil modelini təqdim etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu