19 C
Baku
8 Sentyabr 2024, 4:04
Baş xəbərDünya

Təyyarədə çaxnaşma: Əqrəb sərnişini sancdı

Bugun.tv xəbər verir ki, daxili uçuşda əqrəbin hücumuna məruz qalan sərnişinin səyahəti kabusa çevrilib.

Cənubi Asiya ölkəsi olan Hindistanda təyyarədə baş verən hadisələr zəncirinə yenisi əlavə edilib.

“Air İndia” aviaşirkəti ilə səyahət edən qadın sərnişin əqrəbin hücumuna məruz qalıb.

Press Trust India xəbərinə görə, aviaşirkət aprelin 23-də Naqpur-Mumbay reysi ilə bağlı açıqlama verib.

Açıqlamada təyyarədə əqrəbin qadın sərnişini sancması kimi nadir və üzücü hadisənin yaşandığı bildirilib. Təyyarə Mumbay hava limanına enən zaman həkimlər qadın sərnişinə müdaxilə edib və sərnişin xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Lazımi protokollara əməl edildiyinə diqqət çəkən açıqlamada əqrəbin təyyarə dezinfeksiya edildikdən sonra tapıldığı bildirilib.

Xatırladılıb ki, Hindistanın Air India aviaşirkətinin 2019-cu ildə Bhopal-Mumbay reysini həyata keçirən təyyarəsində sərnişinə təklif edilən yeməkdə tarakanlar tapılıb.

2018-ci ildə Nyu-York-Mumbay reysini həyata keçirən Air India-nın təyyarəsində yataq böcəkləri biznes sinif bölməsində üç uşağı ilə səyahət edən sərnişini dişləyib.

“Air India” sosial şəbəkədə yataq qurdları səbəbiylə qolunun şişməsinin fotosunu paylaşan sərnişindən üzr istəyib.

Aynur Camal

Oxşar xəbərlər

Suraxanı rayon 3 saylı doğum evində nələr baş verir? – Xəstəxananın kollektivi baş həkim Zalxa Osmanovadan şikayət etdilər!

Bugün TV

Sualtı balıqçı köpək balığının hücumu nəticəsində ölüb

Aynur Camal

Qərb bölgəsinə yağan yağışlar bölgələri iflic etdi – FOTO + VİDEO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu