16 C
Baku
27 Oktyabr 2025, 18:52
Dünya

Təyyarədə spirtli içki verilməyən sərnişin səs-küyə səbəb oldu

Cənubi Afrikanın Durban şəhərindən havaya qalxan sərnişin təyyarəsində çaxnaşma anlar yaşanıb.

Cənubi Afrika Yayım Korporasiyasının (SABC) direktoru olduğu öyrənilən Nobuntu ‘Nobs’ Mkhize adlı sərnişin bütün səyahət boyu təyyarədə spirtli içki qəbul edib.

Tamamilə sərxoş olan Mkhize yenidən spirt istəyəndə kabin işçiləri qadına daha çox spirt verməkdən imtina ediblər. Cənubi Afrikanın aparıcı media maqnatı kimi tanınan qadın stüardessaya içki stəkanı atıb.

FlySafair təyyarəsi Cənubi Afrikanın Keyptaun şəhərində təyinat yerinə çatmazdan əvvəl yaxınlıqdakı bəzi sərnişinlər həmin anı telefonlarına qeyd ediblər.

Təyyarənin içərisində çəkilən görüntülərdə bəzi sərnişinlərin oturacaqlarının üzərinə uzanaraq qadını idarə etmək üçün stüardessalara kömək etməyə çalışdıqları görülüb.

Hücumun qarşısını almaq üçün əllərini yuxarı qaldıran stüardessanın üzünə içkisini atan Mkhizenin “Sən bunu edə bilməzsən” qışqırdığı eşidilib.

Yerli medianın məlumatına görə, Mkhize hadisədən bir gün sonra sərxoş olduğunu inkar edib və aviaşirkəti məhkəməyə verməyi planlaşdırdığını bildirib.

FlySafair-in sözçüsü Kirby Gorden qalmaqallı hadisə ilə bağlı bunları deyib: “Biz bu cür davranışı qınayırıq. Uçuş bələdçilərinin əsas vəzifəsi mühafizəçi olmaqdır və onların vəzifələrinə müdaxilə etmək cinayətdir” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Uşaqdan bir jest: İsrail malını qaytardı, tacirləri danladı

Aynur Camal

Sülh Müqaviləsi Ermənistanda çaşqınlıq yaratdı

Aynur Camal

Rusiyada məktəbdə dəhşətli anlar! 13 yaşlı təcavüzkar tələbələrə hücum etdi: Boğazını kəsdi və çəkiclə vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu