8 C
Baku
23 Dekabr 2024, 6:23
Siyasət

T.İsmayılov: “Bölgədə baş verəcək bütün kataklizmlərin tək günahkarı birbaşa Ermənistandır”

Rəsmi İrəvan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 9-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı imzaladığı üçtərəfli bəyanatın demək olar ki, bütün müddəalarını pozur. Ancaq buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyi əssasız iddialarla Azərbaycanı ittiham edir, yalan məlumatlarla mediada çaşqınlıq yaradır.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Bugun.tv-yə bildirir ki, ümumiyyətlə, rəsmi İrəvan sülh prosesini daim sabotaj etmək və pozmaqla məşğuldur. Ermənistanın bu ikiüzlü və riyakar mövqeyi nəticəsində bu gün region gərginlik ocağı olaraq qalmaqda davam edir. Və bundan sonra bu bölgədə baş verəcək bütün kataklizmlərin və xaosların, eyni zamanda aqressiv münasibətin tək günahkarı birbaşa Emənistan siyasi rəhbərliyidir.

“Dəfələrlə Azərbaycan tərəfindən sülhlə və regional sakitliklə bağlı ortaya mövqe qoyulub. Lakin buna baxmayaraq, Ermənistan davranışı ilə 44 günlük Vətən müharibəsindən dərs çıxarmadığını nümayiş etdirir. Sistematik şəkildə Ermənistan havadarlarının və Ermənistanın xarici güc faktorlarının təhrikləri ilə bölgədə gərginlik yarandığının şahidi oluruq. Bildiymiz kimi, Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi Ermənistanın işğalı altındadır. Hələ də Ermənistan tərəfindən Qarabağla bağlı həqiqətə uyğun olmayan fikirlər səslənidirilir. Xankəndi və ətrafında yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin taleyi ilə bağlı hanısa “boğazdan yuxarı” bəyanatlar verməyə çalışırlar”,- politoloq şərh edir.

“Mən hesab edirəm ki, Azərbaycanın sülhlə bağlı ortada bu qədər konkret mövqeyi varkən, Ermənistan tərəfindən sabotaj xarakterli açıqlamaların verilməsi, Azərbaycanın təhrik edilməsi, ölkəmizin müharibəyə çəkilməsi, Ermənistanın ölkəmiz tərəfindən sərt şəkildə cəzalandırılmağı ilə nəticələnəcək”. Sitatın sonu.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycan–ABŞ əlaqələri strateji xarakter daşıyır

Aynur Camal

Azərbaycan XİN-i Ermənistana cavab verdi

Nigar Məmmədova

Peskov: “Lukaşenkonun Çinə səfərinin Rusiya ilə əlaqəsi yoxdur”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu