21 C
Baku
11 İyun 2025, 4:03
Dünya

T-rex dinozavrları düşünüldüyü qədər ağıllı çıxmadı

Tədqiqatlar aparan davranış alimləri, paleontoloqlar və nevroloqların da daxil olduğu beynəlxalq araşdırma qrupu, Tyrannosaurus rex (T-rex) dinozavrlarının düşünüldüyü qədər ağıllı olmadığını və timsah və kərtənkələ kimi davrandıqlarını ortaya qoydu.

Phys.org saytının məlumatına görə, İngiltərənin Bristol və Sauthempton Universitetləri, Almaniyanın Heinrich-Heine Universiteti, Kanadanın Alberta Universiteti və Ontario Kral Muzeyinin tədqiqatçıları dinozavrların beyin ölçülərini və neyron sayını təxmin etmək üçün istifadə edilən üsulları araşdırıblar.

Beynəlxalq tədqiqat missiyası dinozavrların beyin ölçüləri və neyron sayı ilə bağlı əvvəlki təxminlərin etibarsız olduğunu müəyyən edib.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, dinozavrların ön beyin ölçüləri həddən artıq qiymətləndirilib, neyronların sayı şişirdilmiş, onlar özlərini timsah və kərtənkələ kimi aparıblar.

Neyron sayı təxminlərinin zəka üçün etibarlı bələdçi olmadığını vurğulayan tədqiqatçılar, nəsli kəsilmiş növlərin biologiyasının etibarlı şəkildə yenidən qurulmasının skelet anatomiyası, sümük toxuması, canlı qohumların davranışı və fosillərin izləri də daxil olmaqla, zəngin sübutlara baxmağı tələb etdiyini bildirib.

Dinozavrların beyinləri haqqında məlumat “endocast” adlanan mineral boşluqlardan və formalardan əldə edilir.

“Dinozavrların intellektini proqnozlaşdırmaq üçün neyron nömrələrindən istifadə etmək yanlışdır”. Bristol Universitetindən Hady George həmçinin, “dinozavrların və digər nəsli kəsilmiş heyvanların intellektini təsvir etməyin ən yaxşı yolu, təkcə neyron sayı təxminlərinə güvənməkdənsə, makroskopik anatomiyadan fosil izlərinə qədər çoxlu sübutlardan istifadə etməkdir” – deyib.

Edinburq Universitetindən Dr. Ornella Bertrand həmçinin neyron nömrələrinin koqnitiv performansın dəqiq proqnozlaşdırıcıları olmadığına və nəsli kəsilmiş heyvanların intellektini qiymətləndirmək üçün onlardan istifadənin son dərəcə yanlış şərhlərə səbəb olduğuna diqqət çəkib.

Keçən il aparılan araşdırmalara görə, neyron sayı çox olan T-rex tipli dinozavrların gözləniləndən daha ağıllı olduğu irəli sürülüb.

Araşdırmanın nəticəsi “The Anatomical Record” jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kiberhücumçular – onu dayandırmaq üçün heç bir yol yoxdur?

Teymur Əziz

Rusiyanın ABŞ-dəki səfirindən açıqlama

Aynur Əfəndi Zadə

Hamburqda terror aktında 7 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu