19 C
Baku
28 Oktyabr 2025, 5:39
Baş xəbərDünya

Tacikistan və Türkiyə üç illik əməkdaşlıq proqramı imzaladı

Tacikistan və Türkiyənin Xarici İşlər nazirlikləri 2024-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramı imzalayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Tacikistan XİN-in məlumatında deyilir. Sənəd Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddinlə Düşənbəyə rəsmi səfər edən türkiyəli həmkarı Hakan Fidan arasında keçirilən görüşdən sonra imzalanıb.

Nazirlər görüş zamanı siyasət, iqtisadiyyat, ticarət, investisiya, təhsil, elm, mədəniyyət, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bundan başqa, təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, həmçinin əməkdaşlığın hüquqi bazasının gücləndirilməsi mövzularına toxunublar.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 9-da axşam saatlarında Düşənbəyə səfər edib. Səfər çərçivəsində onun Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşəcəyi gözlənilir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

40-dan çox uşaq aclıqdan öldü

Aynur Camal

Sosial şəbəkələrdə saxta hesablardan edilən paylaşımlarla bağlı RƏSMİ AÇIQLAMA

Bugün TV

Ərzincanda mədən sahəsində torpaq sürüşməsi: 7 nəfər tutuldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu