29 C
Baku
2 İyun 2025, 17:27
Baş xəbərDünya

Tacqoyma mərasimində 203 ölkədən 2000-dən çox qonaq iştirak edəcək

Bugun.tv xəbər verir ki, mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində 2200-dən çox qonaq, o cümlədən 203 ölkədən dövlət başçıları, məşhur adlar və xeyriyyə təşkilatları, eləcə də kral ailəsinin üzvləri iştirak edəcək.

Kral Çarlzın 1953-cü ildə anası Kraliça II Yelizavetanın 8200-dən çox qonağın qatıldığı tacqoyma mərasimi ilə müqayisədə daha kiçik və daha qısa tacqoyma mərasimi hesab edilir.

Mərasimin ön sıralarında Britaniya kral ailəsinin üzvləri Uels şahzadəsi Uilyam və həyat yoldaşı Uels şahzadəsi Keyt, həmçinin Kral Çarlzın iki qardaşı Şahzadə Anne və Şahzadə Edvard mərasimin ön sıralarında iştirak edəcəklər.

İngiltərə kralı Çarlz və həyat yoldaşı Kamilla xeyriyyə işlərinə görə 850 icma nümayəndəsini tacqoyma mərasiminə dəvət ediblər.

Məlumata görə, ABŞ-da məskunlaşan Kral Çarlzın oğlu Şahzadə Harri mərasimdə iştirak edəcəyini təsdiqləsə də, həyat yoldaşı Meqan iştirak etməyəcək. İngiltərə kralı Çarlzın tacqoyma mərasimi Harri və Meqanın oğlu Şahzadə Arçinin 4-cü doğum gününə təsadüf edir.

Qeyd edilib ki, ABŞ prezidenti Co Bayden mərasimdə iştirak etməyəcək, ölkəsi adından mərasimdə həyat yoldaşı iştirak edəcək.

Həmçinin tacqoyma mərasimində iştirak edəcək qonaqlar arasında dünya liderləri və mühüm siyasi xadimlər də olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Putin seçkidən sonra ilk xarici səfərini Çinə edəcək

Aynur Camal

Blinkendən İran-İsrail müharibəsi üçün həyəcan təbili: 24 saat ərzində!..

Aynur Camal

Nəqliyyat vasitəsi idarə edən sürücü cərimə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu