21 C
Baku
12 Sentyabr 2025, 7:15
Dünya

Tailandda hərbi gəmi batıb

Xarici Xəbərlər

Tailand hərbi gəmisi batıb, 30 dan çox dənizçi itkin düşüb. Tailand donanması, Tailand körfəzində fırtına zamanı 100-dən çox ekipajı daşıyan hərbi gəminin çevrilərək batması nəticəsində 31 dənizçinin itkin düşdüyünü bildirib.

 Bazar ertəsi səlahiyyətlilər bildiriblər ki 75 ekipaj xilas edilib, lakin 31 nəfər hələ də sərt dənizlərdə itkindir.  “12 saatdan çox vaxt keçib, amma biz axtarışa davam edirik”  donanma sözçüsü BBC -yə deyib.

Axtarış qrupları sağ qalanları tapmaq üçün gecə boyu çalışıb, əməliyyat hava qüvvələrinin köməyi ilə bazar ertəsi də davam edib. Baş nazir Prayut Çan-o-Ça bazar ertəsi rəsmilərin fəlakətlə bağlı təhqiqat apardıqlarını təsdiqləyən bəyanat yayıb. “Mən xəbərləri diqqətlə izləyirəm – təxminən beş nəfər ağır yaralanıb”.

Xatırladaq ki, HTMS Sukhothai adlı gəmi1980-ci illərin ortalarında ABŞ-da Tayland donanması üçün tikilib.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da qar fırtınası: Ölənlərin sayı 11-ə çatdı

Aynur Camal

Putin federal icra orqanlarının strukturunu təsdiqlədi

Aynur Camal

Yaşlılar üçün hansı səhər yeməyinin təhlükəlidir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu