Baş xəbərSosial

Taksi bahalaşmasına səbəb nədir? – TANINMIŞ SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

taksi

Bugun.tv xəbər verir ki, son zamanlarda taksi nəqliyyat vasitələrində qiymət artımı var. Bu da bəzi  narahatlığa səbəb olub. Tanınmış sosioloq Elçin Bayramlı taksi qiymətlərinin bahalaşmasına narazılığını bildirərək, bu məsələdə  bəzi qurumları qınadı.

“Azərbaycanda sağlam rəqabətin güclü olduğu və bütün sahələri qane edən bir sektor var. Taksi sektoru. Burada çox şirkətlər sərbəst fəaliyyət göstərir. Dövlətin vergisini də ödəyir. Deməli düzgün rəqabət gedir, normal qiymətlər var. Amma görünür hansısa qüvvələri taksi qiymətlərinin ucuz olması narahat edir. Əgər, taksi sürücülərini və sərnişinləri bu qiymət qane edirsə, bəzi qurumlar niyə narahatdır. Bazar iqtisadiyyatı deyil? Bazar iqtisadiyyatı tələb və təklif məsələləri üzrə qurulur. Bazarda təklif var. Tələbi artıqlaması ilə qarşılayır. Qiymətlər münasib olduğuna görə təkliflər tam bəhrələnir, 2 tərəf qazanır. Mən başa düşə bilmirəm ki, taksi bahalaşması hansı qüvvəyə lazımdır. Bu gündən etibarən taksilərin gediş haqqı 2 dəfə qaxıb. Niyə? Məsələn: Şirkət var ki, ona daha aşağı qiymətlə sərnişin daşımaq sərf edir. Qane etmirsə işləməyəcək. Bunlar özəl şirkətlərdir. Yəni, bu məsələləri dəstəkləyənlərin heç bir arqumenti yoxdur. Guya bizdə taksi qiyməti ucuzdur? Nəzərə alsaq ki, maaşlar yüksək deyil, indiki qiymətlər normaldır. Mən arzu edirəm ki, bu məsələyə inzibati müdaxilələr olmasın. Hər hansı kənar dolayı təsirlərlə qiymətlərin bahalaşdırılmasına çalışılmasın. Bu gün sərbəst bazardır. Nə qədər dövriyyə olarsa, dövlətə  o qədər də vergi keçirilir. Onu da qeyd edim ki, bizdə ictimai nəqliyyat sistemi yox dərəcəsindədir. Yəni, yerüstü nəqliyyat yalnız avtobuslar üzərindədir. Dünyada ikinci belə şəhər yoxdur. Əslində tramvay, qatar, trolleybus və digər elektrik qatar şəbəkəli nəqliyyat vasitələri olmalıdır. Yoxdur. Hansı ki, vaxtında var idi. Əgər siz bütün ictimai nəqliyyat sistemini yaradıb formalaşdırsanız, onda taksi olsun 100 manat. Yəni müxtəlif nəqliyyat növlərindən insanlar istifadə edəcəklər, ” – E.Bayramlı bildirib.

Sonda sosioloq E.Bayramlı ölkəmizdə yalnız avtobus  nəqliyyat vasitələrinin olmasını nəzərə alaraq, bəzi qurumlardan taksi qiymətlərini bahalaşdırmağı yox, əksinə ucuzlaşdırmağı məsləhət görüb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

iPhone batareyanın tam doldurulmasına qədər vaxtı göstərməyi öyrənib

Aynur Camal

Toydan sonra dava düşdü: 1 ölü, 2 yaralı var

Bugün TV

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu