10 C
Baku
16 Mart 2026, 12:37
Baş xəbərSosial

Taksi qiymətinin artımı bəzi sərnişinlərin razılığına, bəzilərinin isə narazılığına səbəb oldu

Bugun.tv xəbər verir ki, son zamanlar taksi qiymətlərinin bahalaşması bəzi sakinlərin narazılığına, digərlərinin isə razılığına səbəb olub. Biz də bugün.tv olaraq bu barədə  sərnişinlərin fikirlərini öyrəndik. Taksi fəaliyyətindən razı olub-olmamasını soruşduqda, təxminən əhalinin 35 %-nin narazılıq fikirlərini aldıq. Əksər sakinlər yay aylarında kondisionerin taksilərdə olmamasından və natəmizliklərindən danışıb. Hansı taksi xidmətindən istifadə etdiklərini soruşduqda isə qiymətlər qalxdığı üçün daha sifariş yox, kənar taksilərdən yararlandıqlarını bildiriblər. Sifariş taksilərin əvvəlki yaxın məsafə qiyməti 1 manat idisə, indi  2.50 manat olduğunu bildirərək, kənar taksilərdən istifadə edirik, deyə sakinlərin bəziləri  vurğulayıb. Digər sərnişinlərin 65% isə taksilərin hal hazırkı fəaliyyətindən razı olduqlarını, hətta avtomobilin kondisanerini, yanacağını və digər xərclərini nəzərə alaraq qiymətlərin qalxmasının normal olmasını bildiriblər.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu