25 C
Baku
20 İyul 2025, 8:40
Dünya

Taksi sürücüləri etiraz aksiyası keçirdi

Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri hökumətin “tibbi daşımaların” tənzimlənməsinə dair qərarına etiraz ediblər. Ölkənin taksi ittifaqlarının çağırışı ilə taksi sürücüləri paytaxt Paris də daxil olmaqla ölkənin böyük şəhərlərində etiraz aksiyaları keçiriblər.

Taksi sürücüləri hökumətin mayın 16-da qəbul etdiyi və “tibbi daşınma”nı tənzimləyən qərarına etiraz ediblər.

Bu yeni qərarla oktyabrın 1-dən etibarən xəstələrin daşınmasını təmin edən taksi sürücülərinə hər vilayətdə müəyyən edilən tarifə uyğun başlanğıc haqqı veriləcək və ödənişlər kilometrə görə ediləcək.

Taksi sürücüləri də nəqliyyat xidmətləri təklif edən müxtəlif platformalara “haqsız rəqabət” yaratdığını iddia edərək reaksiya veriblər.

Parisdə etirazçılar Nəqliyyat Nazirliyinin yaxınlığında toplaşaraq avtomobillərin təkərlərini yandırıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb. Nümayişçilərin nazirliyə yaxınlaşmasına icazə verməyən polis bibər qazı ilə müdaxilə edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İtaliyada batan super lüks yaxtadan 5 cəsəd tapıldı!

Aynur Camal

Rusiyadan Ukraynaya və Avropaya hədə-qorxu gəlir!

Aynur Camal

Sərhəddə ilk dəfə olaraq sərhəd daşı qoyulduğu bildirildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu