Mədəniyyət

Tanınmış bəstəkar koronavirusdan vəfat edib

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov bu gün 81 yaşında vəfat edib.

Bugun.tv xəbər verir ki, bu barədə  Mədəniyyət Nazirliyi məlumat verib.

Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olan bəstəkar 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. O.Rəcəbov 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. Bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru idi.

Bəstəkarın uşaq mahnıları 6 məcmuədə çap olunub/

Bugün TV

Oxşar xəbərlər

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

“Əlində gündəlik əşyalarla gəzmək” runway trendi

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu