31 C
Baku
21 İyul 2025, 11:39
Baş xəbərHadisəKriminal

Tanınmış blogger ağır yol-nəqliyyat qəzası törətdi

Bugun.tv xəbər verir ki, “Nikosayağı” adı ilə tanınan blogger Nicat Şakirli ağır yol-nəqliyyat hadisəsi törədib. Bloggerin idarə etdiyi “Porsche” avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Hadisə Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində baş verib. Qəza zamanı avtomobildə 2 nəfər olub, yolda nəqliyyatın hərəkətini tənzimləyən polis əməkdaşını digər maşın vurub.

Qəza zamanı Nicat Şakirlinin sərnişini, Gəncə şəhər sakini, Ruslan Məmmədov ölüb. Ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.

Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.

Bugun.tv TƏBİB – ə  istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır.

Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzinində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Terror təşkilatının üzvləri sərhəddə yaxalandı

Nigar Məmmədova

ADY Bakıya yeni qatarlar gətirəcək

Aynur Camal

11 min 406 şagird şəhid edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu