Bugun.tv xəbər verir ki, 44 yaşında dünyasını dəyişən türk futbolçusu Ersen Martin son mənzilinə yola salınıb. O, İzmirdə dəfn edilib. Ersen Martinlə vidalaşmağa futbolçu karyerası boyu birlikdə çalışdığı insanlar da gəlib.Qeyd edək ki, futbolçu 2 il əvvəl infarkt keçirib. Onun aortası partlayıb və aylarla reanimasiyada qalıb. Narahatlığı təkrarlananda onu intubasiya ediblər.
Qeyd edək ki, 1979-cu ildə Almaniyada anadan olan Ersen Martin futbola Nürnberqdə başlayıb. O, “Beşiktaş” və “Trabzonspor” da daxil olmaqla 11 klubda çıxış edib. 371 qarşılaşmada 101 dəfə rəqib qapısına qol vurub. Ersen Martin 4 dəfə ay-ulduzlu forma ilə milli komandada çıxış edib