10 C
Baku
13 Dekabr 2024, 0:48
Mədəniyyət

Tanınmış heykəltəraş Mir Cəlal Paşayevin büstünü hazırladı

Bugun.tv xəbər verir ki, heykəltəraş Elxan Zeynalov görkəmli ədibimiz Mir Cəlal Paşayevin büstünü hazırlayıb.

Bununla bağlı o, şəxsi facebook səhifəsində paylaşım edib. “26 aprel Mir Cəlal ədəbi təxəllüsü ilə tanınan böyük Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Ənvər Paşayevin doğum günü oidi. 115 illiyi tamam olan ədibimizə Allahdan rəhmət diləyir, əziz xatirəsinə hazırladığım büstü böyük şərəf və qürur hissi ilə təqdim edirəm”.

E.Zeynalovdan aldığımız məlumata görə, büstün hazırlanması 1ay çəkib. Heykəltəraşımız deyir ki, Mir Cəlal Paşayevə həsr etdiyi əsər sifariş deyil, öz şəxsi təşəbbüsündən irəli gəlib.

O, büstü ədibimizin ilk dəfə pedaqoji fəaliyyətə başladığı Gədəbəy rayonunda yerləşdirilməsini istəyir. Bunun üçün Gədəbəy rayon İcra Hakimiyyətinə müraciət etdiyini deyir.

Xatırladaq ki, heykəltəraş Elxan Zeynalov bir müddət öncə hazırlanan türk şairi Mehmet Akif Ersoyun büstünün müəllifidir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qarabağın inciləri”- nin qalibləri məlum oldu

Aynur Camal

Türkiyədə Azərbaycan repertuarlı konsert proqramı keçiriləcək

Bugün TV

 “Mənim nağıl kitabım” layihəsi başa çatdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu