25 C
Baku
27 İyul 2025, 1:45
Baş xəbərDigər

Tanınmış jurnalist Media Tədris Mərkəzində təlim keçib

Bugun.tv xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalı mükafatçısı, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Elnur Niftəliyev Media Tədris Mərkəzində olub.

2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərən tələbələrə təlim keçib, öz təcrübəsini bölüşüb. Mətbuat xidmətlərinin jurnalistlərlə əməkdaşlıq münasibtlərindən geniş məruzə edən E.Niftəliyev bəzən aidiyyatı olmayan məsələlərlə bağlı da suallara da cavab vermək məcburiyyətində qaldıqlarını bildirib. Bütün bunların isə məlumatsızlıqdan irəli gəldiyini vurğulayıb.

O, gələcəyin jurnalistlərinə ASAN Xidmətin fəaliyyət prinsiplərindən danışıb. “Ümumiyyətlə, çalışın həmişə jurnalist kimi fəaliyyət göstərəsiniz. Çünki müxbir işləyən şəxs üçün gələcəyə doğru mətbuat xidməti vəzifəsində çalışmaq asan olur. Birincisi, ictimaiyyətin nəbzini tuta bilirsiniz, ikincisi, əlaqələriniz genişlənir, üçüncüsü sizin qurumla əməkdaşlıq edən jurnalisti anlamaqda çətinlik çəkmirsiz”.

Sonra tanınmış jurnalist televiziya və ictimaiyyətlə əlaqələr istiqamətində ona ünvanlanan sualları cavablandırıb.

İki saatlıq təlimin nəticəsi olaraq E.Niftəliyev, Media Tədris Mərkəzinin tələbələrinin aktivliyindən razı qaldığını bildirib, onlarla xatirə fotosu çəkdirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya: Ukraynanın hücumlarında 93 PUA vuruldu

Aynur Camal

Təbii qazdan partlayış baş verdi

Bugün TV

İsinmək istəyərkən evini yandırdı!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu