29 C
Baku
9 İyun 2025, 12:53
Baş xəbərHadisəKriminal

Tanınmış jurnalistin həyat yoldaşının intiharı ilə bağlı DETALLAR

Bugun.tv xəbər verir ki, tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur.Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.

“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, – məktubda qeyd olunub. Əldə etdiyimiz məlumata görə, son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Dünən heç bir işçisi işə getməyib. O.Məmmədli özünü ofisdə asıb.

Qeyd edək, mərhum Orxan Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Mərhumun iki azyaşlı övladı var.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

O, körpəsinin kəlləsindəki izlərdən qorxaraq xəstəxanaya qaçıb!

Aynur Camal

Ukrayna bölgələrinə yeni raket zərbələri gözlənilir

Aynur Camal

Qubada saxlanılan Sumqayıt sakinlərindən 1 kiloqram narkotik aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu