“Bu vəsiqəyə məni layiq görənlərə təşəkkürümü bildirirəm. Sürpriz belə olur. Bir şablon sual var, deyirlər, “Həyata ikinci dəfə gəlsəydiz yenə də bu sənəti seçərdinizmi? Mən yəqin ki, həyata 2-ci dəfə gəlsəydim fotoqraf olardım”
Bugun.tv xəbər verir ki, bu sözləri “ASAN” xidmətin mətbuat katibi, tanınmış jurnalist Elnur Niftəliyev Azərbaycan Fotoqrafları Birliyinin 25 illiyi ilə bağlı keçirilən tədbirdə mükafatlandırılan zaman deyib.

“Təşkil olunan mötəbər tədbirə qonaq kimi dəvət olunanda foto sənətinin peşəkarları ilə bir araya gələcəyim üçün çox sevinmişdim. Tədbirdə edilən bu sürpriz isə nəinki, sevindirdi, həm də üzərimə çox böyük məsuliyyət qoydu. Qarşılayın – bu gündən rəsmən Azərbaycan Fotoqrafları Birliyinin ( AFB) fəxri üzvüyəm”, – E.Niftəliyev sevincini sosial şəbəkə hesabında dostları ilə bölüşüb.

Bugun.tv olaraq biz də həmkarımızı ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!