33 C
Baku
3 Sentyabr 2025, 17:47
Baş xəbərSosial

Tanınmış media rəhbəri dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, tanınmış jurnalist, Moderator.az İnformasiya Agentliyinin rəhbəri Zülfüqar Hüseynzdə vəfat edib. Bu barədə sosial şəbəkələrdə onun qələm dostları məlumat yayıb. Bildirilir ki, Z.Hüseynzadə qəfil ürəktutmasından dünyasını dəyişib.

Belə ki, doğulub boya-başa çatdığı Kəlbəcər rayonuna səfər edən jurnalist rayonun Başlıbel ərazisində çadır qurub, dincəlmək istəyib. Bir neçə saat sonra isə sözü gedən bədbəxt hadisə baş verib.

Həmkarı, dostu, tanınmış jurnalist Bahəddin Həzi də bu barədə facebook səhifəsində paylaşım edib. “Bu yay çox acı xəbərlərlə, ağır itkilərlə başladı. Bu dəfə Zülfüqar Hüseynzadə. İçi-çölü bir olan dağlar oğlu. Ürəyi Kəlbəcərlə döyünürdü, Kəlbəcərdə də dayandı ürəyi… Bəlkə də elə ürəyinin istədiy də bu imiş. Amma çox tezdi axı, qardaş. Çox tez! Vur-tut 52 yaş!”, – deyə, təəssüfünü bildirib.

Bugun.tv olaraq biz də dəyərli həmkarımıza Allahdan rəhmət diləyirik.

Məkanı cənnət olsun!

Bugün TV

Oxşar xəbərlər

Əczaxanalar kağız reseptləri qəbul etməyəcək

Bugün TV

Şolz İsrailə silah tədarük edəcəyinə söz verdi

Aynur Camal

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu