Baş xəbərMədəniyyət

Tanınmış müğəninin konserti baş tutdu

Bu gün Bakı Konqres Mərkəzində Türkiyənin tanınmış müğənnisi Koray Avcının möhtəşəm konserti baş tutub.

Bugun.tv-yə daxil olan məlumata əsasən, “Eventoffice” və “pj86_production”nın təşkilatçılığı ilə keçirilən konsert proqramını 3 mindən artıq tamaşaçı izləyib.

Böyük coşqu yaşanan konsertə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzləri və onların övladları dəvət olunublar.

Qeyd edək ki, məşhur sənətçi Koray Avcı bir sıra populyar mahnıların ifaçısıdır. O Türkiyə ilə yanaşı, xarici ölkələrdə, eləcə də ölkəmizdə böyük tamaşaçı kütləsi olan sənətçilərdəndir. Xatırladaq ki, bu Koray Avçının Azərbaycanda ilk konsert proqramı idi.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu