Baş xəbər

Tanınmış televiziya aparıcısı Günel Gözəlova Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv seçildi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər təşkil olunub. Müşahidəçi qismində Bugun.tv-nin əməkdaşları da iştirak edib. Səhər saatlarında Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsində başlayan seçkidə 15 namizəddən 9-nun seçilmə şansı olub.

Müxtəlif qeyri-hökumət təşkilatlarının sədr və üzvləri təmsil olunduqları Vətəndaş cəmiyyətinin dəstəklədiyi namizədlərə səs veriblər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində təşkil olunan seçkilərdə 68 səs yetərli sayılıb.

Namizədlərdən ən yüksək səs toplayan isə televiziyaçı, Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri Günel Gözəlova olub. O, 114 səslə lider qalib olub.

O, seçkiyə qatılan və ona etimad göstərib, dəstək olan bütün həmkarlarına, dostlarına təşəkkürünü bildirib. Digər qaliblərə fəaliyyətlərində uğurlar arzu edib. “Səhər saat 10.00-da başlayan seçkidə təkcə namizəd yox, məhz 24 ildir fəal fəaliyyət göstərən jurnalist kimi, həm də sonacan müşahidəçi oldum. Seçki tam şəffaf şəraitdə keçdi. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov başda olmaqla, bütün əməkdaşlara qanunamüvafiq fəaliyyətlərinə görə təşəkkür edirəm!”, – G.Gözəlova bildirib.

Bugun.tv olaraq biz də həmkarımız Günel Gözəlovaya seçildiyi İctimai Şuradakı fəaliyyətində uğurlar arzulayırıq!

Müxbir: İntizar Əmirova, Operator: Salman Salmanov

Bugün TV

Oxşar xəbərlər

Amerikalılara qadağan olan Şimali Koreyaya getmək üçün sərvət xərclədi

Aynur Camal

Sərnişin avtobusu idarədən çıxdı: 14 yaralı var

Bugün TV

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu