25 C
Baku
26 İyul 2025, 5:27
Baş xəbər

Tanınmış türkiyəli aktrisa Bakıda monotamaşa ilə çıxış edəcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.

Bugun.tv-yə daxil olan məlumata görə, səhnə əsəri 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.

İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır…

Tamaşanın rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan Sumru Yavrucukun özüdür. O həm də tamaşadakı bütün obrazları canlandırır.

Qeyd edək ki, S.Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlar canlandırıb.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə səfiri Azərbaycana başsağlığı verib

Nigar Məmmədova

Meşələrə giriş-çıxış qadağan olundu

Kəmalə Sultan

“Azərbaycanın həyata keçirdiyi layihələr əminliklə deməyə əsas verir ki, ölkəmizi yaxın gələcəkdə daha firavan günlər gözləyir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu