Bugun.tv xəbər verir ki, azərbaycanlı yazıçı Ümid Nəccari beynəlxalq statuslu vəzifəyə təyin olunub.
Bu barədə yazıçı öz facebook səhifəsində paylaşım edib. O, Belçikada yerləşən Avropa Yazarlar Assosiasiyasının Asiya bölməsinin prezidenti və BOGDANİ Beynəlxalq Yazarlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunduğunu deyib.
“BOGDANI Beynəlxalq Yazarlar Assosiasiyası xüsusi qərarla cənab Ümid Nəccarinin Asiya üzrə IWA Bogdani Assosiasiyasının prezidenti təyin edilməsinə qərar verilib. Qərar 26 aprel 2023-cü il tarixində qüvvəyə minir. Cənab Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-prezidenti seçilib”, – qəbul edilən beynəlxalq qərarda belə yazılıb.
Bugun.tv olaraq həmyerlimizə uğurlar arzulayırıq!
Mənbə: Qaytən Qasımzadə