27 C
Baku
27 İyun 2025, 20:25
Baş xəbər

Tanınmış yazıçı-jurnalist Maya İmran Prezident mükafatına layiq görüldü

Bugun.tv xəbər verir ki, tanınmış yazıçı, jurnalist Maya İmran Prezident mükafatına layiq görülüb. Bu barədə o sosial şəbəkə hesabında paylaşım edib. “Dostlar, barəmdə aldığım çox xoş xəbəri sizinlə də bölüşüm: gənc yazıçı olaraq, PREZİDENT təqaüdünə layiq görüldüm!

Mediada, mətbuatda fəaliyyətinin 10 ilinin belə dəyərli statusla mükafatlandırılması bir yaradıcı insan üçün qol-qanad deməkdir!

Çox sevincliyəm!

Gözümün qarşısından ilk dərc olunan yazımın sevinci, dərc olunmağa uyğun görülməyən, məni ruhdan salan hekayəm, məni tanımadığım neçə insana tanıdan hekayəm gəldi keçdi.

Yenidən anbaan hiss etdim neçə-neçə oxucumu inandırıb hekayə qəhrəmanımın axtarışına çıxaran sehri, Xocalıdan olan Saranı, bayraq boyda Zəfəri, bədbəxt Humay Atabəyi, “Dəli” sevdalını, “Maya və İmran” sevgisini, “Bataqlığ”a qərq olan balaca dünyanı…

Baxdım ki, məni bu ada, statusa OXUYARAQ, izləyərək layiq biliblər.

Dəyər verən və mənə heç zaman yaradıcı dəstəyini əsirgəməyən insanlara təşəkkür edirəm”, – Maya İmran yazıb.

Milli Mətbuat günü münasibəti ilə cəfakeş həmkarlarını təbrik edib.

Bugün TV

Oxşar xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi – FOTOLAR

Aynur Camal

Qazaxıstan Almaniyaya 890 min ton neft göndərəcək

Bugün TV

Yumurtalı çörəyi hazırlamaq üçün 10 qızıl qayda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu