3 C
Baku
14 Dekabr 2025, 14:34
Dünya

Tank bomba kimi partladı

Çində kimya zavodunda partlayış olub. Partlayan tankın üzərində olan işçi son anda xilas ola bilib. Partlayış nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Kimyəvi tank bomba kimi partladı və onun üzərindəki işçi möcüzə nəticəsində sağ qalıb.

Görüntülər Çinin şərqindəki Şandonq şəhərindəndir. Qaomi şəhərindəki kimya zavodu əvvəlcə partlayıb, daha sonra böyük yanğın başlayıb.

Partlayışdan sonra səmanı tüstü bürüdü. Zavodun ərazisinə 200-dən çox yanğınsöndürən və 55 yanğınsöndürən maşın göndərilib. Alovların söndürülməsinə başlanılıb.

Partlayış o qədər güclü olub ki, səsi millərlə uzaqdan eşidilirdi. Yaxınlıqda yaşayan insanlar anı mobil telefonları ilə lentə alıblar.

Səlahiyyətlilərə görə, zavodda 300-ə yaxın insan çalışır. Bəzilərinin həyatını itirdiyi bildirilir.

Həmçinin 10-dan çox yaralı və itkin düşənlər var. Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Terror əməliyyatında 19 nəfər saxlanıldı

Bugün TV

İsrail tərəfindən didərgin salınan Qəzzalılar indi qış təhlükəsi ilə üz-üzədir

Aynur Camal

Hortumdan istifadə qadağandır! Buna əməl etməyənləri minlərlə lirə cərimə gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu